Gülməmmədovun qardaşına yüksək vəzifə verilib
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.
Sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.
Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb. Lakin digər iki müavin barədə məlumat azdır.
AzPolitika.info xəbər verir ki, müavinlərdən biri – İlqar Gülməmmədov Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qardaşıdır. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirən İlqar Gülməmmədovun buna qədər hansı vəzifələrdə çalışdığı barədə məlumata rast gəlinmir.
Bu xəbər üçün şərh yazın