Gündəlik qəzetlər istənilən effekti vermir, MEDİA-nın qərarını dəstəkləyirəm —

Gündəlik qəzetlər istənilən effekti vermir, MEDİA-nın qərarını dəstəkləyirəm — AÇIQLAMA

"Gündəlik qəzetlər artıq yavaş-yavaş həftəliyə keçməyə başlasınlar.Yeni qaydalara əsasən,Medianın İnkişafı Agentliyi (MEDİA) qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.  Müşahidələr göstərir ki, gündəlik qəzetlər istənilən effekti vermir. Mən də bu fikirdəyəm. Ona görə də Agentliyin bu qərarını dəstəkləyirəm”.

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalist Elgün Mənsimov özünün sosial şəbəkə hesabında qeyd edib. 



Onun sözlərinə görə, o da həqiqətdir ki, bizdə qəzet oxuma mədəniyyəti səhər yeməyi süfrəsinə qədər gəlib çıxa bilməyib:


“Türkiyə misalı. Bunun obyektiv və subyektiv səbəbləri var, bu ayrı.Amma indiki reallıqda qəzetlərin həftəlik və ya aylıq çıxması həm məntiqli, həm də daha effektli olar. Onsuz təcrübə də göstərir ki, gündəlik qəzetdə çalışan əməkdaşların qəzetdə gün ərzində bir yazısı dərc olunsa da, o, bir çox hallarda gün ərzində elə qəzetin saytı üçün xəbər və ya məqalələr hazırlayır. Beləliklə, qəzet işçisi əslində iki yerdə işlədilir. Bu baxımdan da qəzetlərin həftəliyə keçməsi daha məqsədəuyğundur”.

Elgün Mənsimov qeyd edib ki, digər məsələ kağız və çap xərcləri ilə bağlıdır:

"Deyilənə görə 2026-cı ildən onlara tətbiq olunan vergi güzəştinin də müddəti bitir. Ona görə də salamatı həftəlik və ya aylığa keçmək və onlayn müstəvidə işi gücləndirməkdir. 

Aydın məsələdir ki, MEDİA heç bir qəzet redaksiyasından birbaşa tələb edə bilməz ki, gündəlik çıxmasın. Qəzet də bir sahibkarlıq sahəsidir. Pulun var, problem deyil, gündə lap iki dəfə çap elə. Yoxdursa, keç həftəliyə, onun da maliyyəsini dövlət verəcək. Qısası, yeni qərar izafi xərcləri azaldacaq, keyfiyyəti artıracaq, ayrılan vəsaitin müəyyən hissəsinin ciblərə getməsinin qarşısını alacaq".

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin bu dəfəki müsabiqəsinin şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi