Gürcüstan müxalifəti polisləri hədələdi: "Cəzalanacaqsınız"
"Tbilisidə etiraz aksiyalarının dağıdılmasında iştirak edən güc strukturları cəzalandırılacaq".
Globalinfo.az xəbər verir ki, bunu Birlik-Milli Hərəkat Koalisiyasının liderlərindən olan Georgi Vaşadze deyib.
"Bidzina İvanişvilinin rejiminin gecə həyata keçirdiyi terror nəticəsində dinc nümayişçilər misilsiz güc tətbiqi ilə üzləşdilər. Hətta hökumətin bütün fəaliyyətlərinə göz yuman ombudsman belə bunu gizlədə bilmədi. Mən maskada olan insanlara səslənirəm, düşünürsünüz ki, o maska sizi müdafiə edəcək? Hamınız – təkcə rejim liderləri yox, eləcə də maska altında gizlənənlər məsuliyyətə cəlb ediləcəksiniz. Bir nəfər belə cəzasız qalmayacaq", – o bildirib.
Qeyd edək ki, dekabrın 6-da yenidən 2 günlük fasilədən sonra polislə etirazçılar arasında toqquşma yaşanıb. Nəticədə 48 nəfər saxlanıb. Polisin bəzi yerlərdə etirazçılara güc tətbiq etdiyi əks olunan görüntüləri yayılıb.
Bu xəbər üçün şərh yazın