Gürcüstanda "donuz qripi"ndən iki nəfər ölüb
Gürcüstanda "donuq qripi" adlandırılan H1N1 virisundan iki nəfər ölüb.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub.
Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır.
Qeyd edək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın