Gürcüstanda prezident seçkilərinin II turu keçiriləcək –Nəticələr açıqlandı

Gürcüstanda prezident seçkilərinin II turu keçiriləcək –Nəticələr açıqlandı 

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və “Qirçi” Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər