Gürcüstanda ümummilli tətil keçirilməsi planlaşdırılır
Hurriyyet.az xəbər verir ki, Gürcüstanda ümummilli tətil keçiriləcəyi bəyan edilib.
Xəbərdarlıq xarakterli tətilin yanvarın 15-də, saat 15.00-da başlancağı və bütün ölkə ərazisində 3 saat davam etdiriləcəyi bildirilir.
"Protest 24" platformasının yazdığına görə, aksiya təşkilatçılarının bəyanatında bildirilir: "Saat 3-də biz müvəqqəti olaraq qapıları bağlayıb küçələrə çıxacağıq. İzolyasiyada bizi nələr gözləyəcəyini öz tətilimizlə göstərəcəyik: durğun iqtisadiyyat; bağlanmış biznez; kasıblıq və işsizlik. Hamının ümumi qərarı belədir - yeni seçkilər və saxlanılanların azadlığa buraxılması".
Gürcüstanda oktyabr ayının axırından bəri yeni seçkilərin keirilməsini tələb edən etirazlar keçirilir. Etirazların yenidən alovlanmasının səbəbi Gürcüstan hakimiyyətinin Aİ-yə daxil olmaq üçün danışıqların aparılmasını dörd illiyə dayandırmaq qərarı olub.
Noyabrın 28-dən bəri Tbilisinin mərkəzində, Batumidə və Kutaisidə hər gün mitinqlər keçirilir.
Bu xəbər üçün şərh yazın