Gürcüstanın şərab ixracı son bir ildə 5,8% artıb-Azərbaycanda bu gəlirli sahədə vəziyyət necədir?

Gürcüstanın şərab ixracı son bir ildə 5,8% artıb-Azərbaycanda bu gəlirli sahədə vəziyyət necədir? 

Belə ki, Gürcüstanın şərab ixracı son bir ildə 5,8% artıb.

Faktinfo.az Tezadlar.az-a istinadla xəbər verir ki,bu barədə Milli Statistika Xidmətinin məlumatında qeyd olunub. Məlumata əsasən, ötən bir il ərzində şərab ixracı gəlirləri 274,7 milyon ABŞ dollarına çatıb. Ümumilikdə ötən il 94 min 564 ton şərab ixrac edilib. 2023-cü ildə isə ümumi dəyəri 257,7 milyon ABŞ dolları olan 89 min 388 ton gürcü şərabı xaricə ixrac edilib. Gürcüstan şərabının əsas ixrac bazarı hələ də Rusiyadır. 2024-cü ildə Rusiyanın şərab ixracatındakı payı 70%-i keçib. Daha dəqiq desək, ötən il Rusiyaya 66 min 724 ton gürcü şərabı ixrac edilib.

2024-cü ildə gürcü şərabının 10 ən böyük ixrac bazarı aşağıdakılardır: ● Rusiya - 66 724 ton - 182,6 milyon ABŞ dolları; ● Polşa - 6,694 ton - 16,6 milyon ABŞ dolları; ● Ukrayna - 4500 ton - 12,45 milyon ABŞ dolları; ● Qazaxıstan - 3245 ton - 10,3 milyon ABŞ dolları; ● Çin - 2639 ton - 9,24 milyon ABŞ dolları; ● ABŞ - 1200 ton - 7,14 milyon ABŞ dolları; ● Belarus - 2,457 ton - 6,99 milyon ABŞ dolları; ● Almaniya - 1285 ton - 5,87 milyon ABŞ dolları; ● Latviya - 1095 ton - 4,03 milyon ABŞ dolları; ● Litva - 707 ton - 2,41 milyon ABŞ dolları. Qeyd edək ki, Gürcüstana idxal olunan şərabın əksəriyyəti isə Fransadandır. Məsələn, 2024-cü ildə şərab idxalında fransız şərabının payı 16%-i keçib. 

Gürcüstana şərab idxal edən 5 əsas ölkə aşağıdakılardır: ● Fransa - 3,25 milyon ABŞ dolları dəyərində 132 ton; ● İtaliya - 2,46 milyon ABŞ dolları dəyərində 378 ton; ● İspaniya - 368 min ABŞ dolları dəyərində 53 ton; ● Rusiya - 207 min ABŞ dolları dəyərində 76 ton; ● Almaniya - 179 min ABŞ dolları dəyərində 15 ton.

Bəs Azərbaycanda bu gəlirli sahədə vəziyyət necədir? Sayt  bu barədə araşdırma yazı təqdim edəcək...

Faktinfo.az xatırladır ki,Azərbaycan Respublilkası sovetlər dönəmində keçmiş ittifaq respublikaları arasında üzümçülüyün və şərabçılığın inkişafı sahəsində birinci yerdə dayanıb.Hazırda münbit torpaq sahəsi Azərbaycan dövlətindən 5 dəfə az olan Gürcüstan Respublikası şərab ixracı üzrə dünyada öncül yerdə dayanır.Azərbaycan isə bazar payını bir çox ölkələrə uduzub,bu istiqamətdə Moldova,Abxaziyadan belə geridə qalır.

Bu halda sual olunar, Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu hara baxır,orada nə işlə məşğuldurlar,instituta ayrılan dövlət vəsaitindən niyə səmərəli istifadə olunmur? Hardadı,Elmi Tədqiqat İnstitutunun ortaya çıxartdığı elmi yeniliklər,üzümün emalı sənayesinə veriləcək töhvə?

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi