"Haber Global" :"İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi"

"Haber Global" :"İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi" - VİDEO

Türkiyənin “Haber Global” telekanalı Qarabağ Zəfərinin üçüncü ildönümü münasibətilə süjet hazırlayıb.

Süjetdə Ermənistanın təxribatlarından sonra 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından və 44 gün ərzində Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən bəhs olunur.

Materialda ilk olaraq Azərbaycanın 30 il səbrlə gözləməsindən, hər zaman diplomatiyaya üstünlük verməsindən, ancaq ötən müddət ərzində ATƏT-in Minsk qrupunun və Ermənistanın sülhdə, problemin həllində maraqlı olmamasından danışılıb.

Qeyd edilib ki, bütün bu nəticəsiz danışıqlardan və Ermənistanın təxribatlarından sonra Azərbaycan öz dəmir yumruğunu qaldırır - 44 gün ərzində bütün Azərbaycan xalqı bir yumruq kimi birləşir, gənclər cəbhəyə yollanmaq üçün könüllü sıraya düzülürlər və beləliklə, Azərbaycan əsgəri Qarabağda dastan yazır. Şəhərlər, kəndlər azad olunur.

Süjetdə Şuşanın işğaldan azad edilməsinin önəmi də bildirilib:

“Azərbaycan xalqının həyəcanla gözlədiyi bir xəbər də vardı - Qarabağın incisi Şuşanın azad edilməsi. Saysız sənətkar yetişdirən, təbiəti ilə insanı valeh edən Şuşa hər bir azərbaycanlının ruhunun vətəni idi və ora üçün insanların burnunun ucu göynəyirdi. Müharibənin taleyini də Şuşa müəyyənləşdirdi. Üç il əvvəl bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqına Şuşa xəbərini çatdırmadan əvvəl atası Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət etdi. Oraya ilk dəfə hərbi formada getmişdi. Ali Baş komandan olaraq qürurla əsgər salamı verdi. Çünki Şuşanın azad edilməsini vəsiyyət edən atasının ən böyük arzusunu reallaşdırmışdı. Bir gün sonra Ermənistan təslim oldu”.

Materialda o da diqqətə çatdırılıb ki, Azərbaycanın hərbi qələbəsini diplomatik qələbə də izləyib:

“Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycanın Zəfərini təsdiqlədi. İşğal altındakı daha üç şəhər tək bir güllə atılmadan Azərbaycana geri qaytarıldı. Artıq bütün dünya Qarabağ Azərbaycandır deyirdi, hətta Paşinyanın özü belə”.

Sonda 19 sentyabrda həyata keçirilən və cəmi 24 saat davam edən antiterror tədbirləri ilə Azərbaycan ərazisinin qeyri-qanuni hərbi birləşmələrdən təmizlənməsi, Qarabağ probleminin tarixə qovuşması vurğunıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər