Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçildi

Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçildi 

Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçib.

Report.az xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə H.Babalının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul olunub.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər