Hansı ölkələr Ukraynaya verdikləri silahların Rusiya ərazisində istifadəsinə icazə verib? - SİYAHI
Son günlərin aktual mövzularndan biri də Qərb ölkələrinin Ukraynaya verdiyi silahlara Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün məhdudiyyət qoymasıdır.
Əksər ekspertlər və siyasilər bunun Ukraynanın cəbhədki mövqeyinə mənfi təsir edəcəyini, Rusiyanın əlini gücləndirəcəyini düşünürlər.
Faktinfo.az AzPolitika.info-ya istinadla xəbər verir ki, artıq Qərb ölkələri də yavaş-yavaş bu qərardan dönməyə başlayıblar. Bir sıra ölkələr bu qadağanı qaldırıb və Kiyevə bu silahlarla Rusiya ərazisinə zərbə endirməyə icazə verib.
Həmin ölkələrin siyahısını təqdim edirik:
- Böyük Britaniya;
- Kanada;
- Latviya;
- Litva;
- Hollandiya;
- Polşa;
- Finlandiya;
- Fransa;
- Çüxiya;
- İsveç;
- Estoniya;
- Almaniya;
- Danimarka.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın