"Heç kimdən gizlənmirəm, yanlış məlumatdı"-

"Heç kimdən gizlənmirəm, yanlış məlumatdı"- Bayram Hacıyev

Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri Bayram Hacıyev saytlarda haqqında səsləndirilən sərt ittihamlara münasibət bildirib.

O, Faktinfo.az saytının suallarına cavab olaraq bildirib ki, mobil telefonu şəxsi olduğundan nömrəsini gizli saxlamaq hüququna malikdir. Buna görə onu ittiham etmək yersizdir. "İş telefonuna zəng etsinlər,əgər hansısa tədbirdəyəmsə, demək ki, iş telefonunu da qaldıra bilmirəm. Bir də ki, elə də çətin deyil, sorğu göndərsinlər cavablandıraq. Yanlış məlumatdı, heç kimdən gizlənmirəm, uzun müddət idi ki, iş yerində təmir işləri də aparılırdı, müvəqqəti olaraq başqa yerə köçmüşdük."


 Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri haqqında yazılan çoxsaylı tənqidi ittihamlara da münasibət bildirib: "Heç bir imkanlı şəxsə "putyovka" satmağımız filan yoxdur,bu kimdən çıxdı. Kimə satmışamsa, bir nümunə göstərsinlər. Ümumiyyətlə, bizim təşkilata il ərzində neçə "putyovka" ayrılır, kimlərə verilir,bunları niyə bilmədən yazırlar.Elə başa düşürəm, bu barədə idarənin divarlarına elan yapışdırası da deyiləm.Buna məcbur da buraxılmamışam.Yazıblar,yazsınlar da. Təhsildə çalışan şəxslərə bunu tətbiq etmədən "putyovka"ları kənar şəxslərə verə bilmərəm. Bunu ən azı yuxarı təşkilat olan rəhbərlik bilərsə, məni cəzalandırar. Yazıblar ki, bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir. İndi mən sizə sual edirəm. Təşkilat olaraq, xəstə olan, həyat yoldaşını itirən və s. hallarda müəllimlərə yardımlar veririk. Xəstə və yaxud, həyat yoldaşı rəhmətə gedən müəllimdən verilən pul qarşılığında faiz almaq olarmı? Belə yanaşmanı kim insanlığına sığışdırar və ya hansısa müəllimə edilən 40-50 manat yardım qarşılığında pul istənilər? Amma məni buna görə heç nədən tənqid ediblər."


Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri Bayram Hacıyev onu da bildirib ki, məktəb direktorlarından çox o, sravi müəllimlərlə təmasdadır. Məktəb direktorlarına özünü yaxın hesab etməsi yoxdur. Çünki, onun təşkilat sədri olması, məktəb direktorlarının daşıdığı vəzifədən heç də aşağı hesab edilməməlidir. Digər tərəfdən də, onlardan aslılığı yoxdur. Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri kimi də hələ ki, müəllimlərin qanunla qorunan sosial, iqtisadi hüquqlarını çalışan qədər müdafiə edə bilir. Maddi yardımı da müəyyənləşdirib, daha çox ehtiyacı olan müəllimlərə verirlər, ayrı seçkiliyə də yol verilmir. Bu barədə Gəncə şəhərində hər hansı şikayətlə qarşılaşmayıb. 

O ki, qaldı qeyd edilən komitənin nəzdindəki komissiyaların formal olaraq mövcudluğuna, bütün qərarları təkbaşıma verməyimə, külli-ixtiyar sahibi olmağıma, hesabat seçki konfranslarının yalnız kağız üzərində keçirilməsinə və s. ittiham edildiyim məsələlərə çox absurd fikirlərdi. Bu barədə özümü yorub danışmağı, sizi telefon xəttində saxlamağı lüzumsuz bilirəm, -deyə Bayram Hacıyev qeyd etdi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi