"Həm kartof sahələrinin həcmi azalıb, həm də məhsuldarlıq aşağı düşüb" — Ekspert

"Həm kartof sahələrinin həcmi azalıb, həm də məhsuldarlıq aşağı düşüb" — Ekspert 

Azərbaycanda kartof istehsalı aşağı düşüb.

Bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə isə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Ötən ilin eyni dövründə isə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. 

Bəs, kartof istehsalının azalmasının əsas səbəbi nədir? 


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu il həm kartof sahələrinin həcmi azalıb, həm məhsuldarlıq aşağı düşüb.

Akif Nəsirli qeyd edib ki, qarşıdakı aylarda kartof istehsalı kifayət qədər vüsət alacaq: 

“Bizim əsas kartof istehsalçımız olan şimal rayonlarında kartof yığımı hələ tam gücü ilə başlamayıb. 


Qarşıdan gələn yaxın günlərdə başlayacaq. Əsas kartof hələki ilin birinci yarısında cənubdan, Cəlilabad və digər rayonlardan gəlir. Orda da kartof sahələrinin həcmi xeyli dərəcədə azalıb. Məsələn, ən çox faraş kartof istehsal edən Cəlilabadda kartof sahələrinin həcmi 50% azalıb. Bu, həm də hava şəraitinin əlverişsiz keçməsi ilə müəyyən təsirlərə məruz qalması ilə bağlıdı.  



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər