"Hər hürən küçüyə reaksiya verməyin"- Rus ekspert
Amerikalı diplomatın Rusiya raketlərinin vurulacağı ilə bağlı açıqlaması Orta və Uzaqmənzilli Raketlərin məhvi ilə bağlı razılaşmada ABŞ-ın pozduğu müddəaları gizlətməyə yönəlib.
Bu sözləri rusiyalı hərbi ekspert Viktor Litovkin deyib. O bildirib ki, yalnız qeyri-adekvat şəxs bu kimi açıqlama verə bilərdi:
“Belə insanları vəzifədən kənarlaşdırmaq lazımdır. İnsanlar başqa planetdə yaşayır və Rusiyanın nə olduğunu anlamır. Hər hürən küçüyə reaksiya verməyin”.
Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli ölkəsinin Rusiyaya məxsus nüvə başlıqları daşıyan qanadlı raketləri vura biləcəyini demişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın