“Hər zaman dövlətimizin yanında olmaq borcumuzdur”

“Hər zaman dövlətimizin yanında olmaq borcumuzdur” -İbrahim Quliyev

Böyük zaman miqyasında 20 il çox kiçik bir rəqəmdir. Lakin nəzərə alsaq ki, görülən işlər və əməllər zamanın miqyasını müəyyən edir, o zaman iyirmi ilə də başqa prizmadan yanaşmalı olarıq.

Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi iyirmi il bundan öncə, 2005-ci ildə təsis olunub.Ancaq bu qısa müddət ərzində ölkəmiz üçün əhəmiyyətli olan çoxsaylı işlərə imza atıb.Təşkilat təsis olunduğu vaxt erməni seperatistləri Azərbaycan torpaqlarında at oynadır, tariximizi, mədəniyyətimizi, dini abidələrimizi məhv etməklə və mənimsəməklə məşğul idi. Azərbaycanın çoxsaylı qaçqın və məcburi köçkünləri ciddi problemlər qarşısında olduğu halda, əksər beynəlxalq təşkilatlar ölkəmizə ikili standartlar mövqeyindən yanaşaraq düşməni müdafiə edir, müxtəlif bəhanələrlə respublikamızı ittiham etməyə çalışırdılar. 

ADİM məhz belə bir vaxtda ölkəmizin maraqlarını müdafiə edən təşkilatlar sırasına qoşuldu.  O, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqəlar yaradaraq xarici ölkə diplomatlarının və jurnalistlərinin  diqqətini yurdunu-yuvasını itirmiş insanların həyatına, işğal edilmiş ərazilərdə ermənilərin törətdiyi cinayətlərə, onların beynəlxalq hüquq normalarını, atəşkəs müqaviləsini pomalarına yönəltməyə başladı.Təşkilat beynəlxalq görüşlərə erməni vandalizminin cinayətlərini əks etdirən çoxsaylı səndələr və şəkillərlə qatılaraq “əzablar görmüş xalqın” əməllərini dünyaya tanıtmaq istqamətində fəaliyyət göstərdi.Onu xüsusilə qeyd etməliyik ki, Xocalı faciəsinin beynəlxalq aləmə tanıdıması istiqamətində keçirilən bütün tədbirlərdə ADİM daim ön sıralarda olub.

Bundan əlavə, ADİM həmin dövrdə ölkə içərisində də ciddi tədbirlərə imza atıb, müharibə dövründə müxtəlif mətbu orqanlarda  xalq-prezident vəhdətinin vacibliyini, Azərbaycanda yaşayan bütün etnik birliklərin dövlətimiz ətrafında sıx birləşməsinin zəruriliyini təbliğ və təşviq etməklə məşğul olub. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən döyüş əməliyyatlarının ədalətli müharibə prinsiplərinə uyğunluğunu beynəlxalq görüşlərdə yüksək tribunadan səsləndirib.

ADİM daim beynəlxalq jurnalist təşkilatları, ayrı-ayrı dövlətlərn nüfuzlu ictimai institutları ilə sıx əlaqədə çalışaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və eyni zamanda ölkəmizə qarşı yönəlmiş qərəzli informasiya və yazıların mahiyyətinin aşkarlanması və ifşa olunması istiqamətində ardıcıl addımlar atıb. Təşkilatın üzvləri və rəhbərliyi erməni maraqlarının ifadəçisi olan ayrı-ayrı ölkələrin siyasətçilərinin qərəzli yanaşmalarını cavablandırmaqla bərabər, həm də xaricdə yaşayan və sapı özümüzdən olan baltaların şər və böhtanlarını tutarlı dəlillərlə alt-üst etmişdir.

Bu gün təşkilat müharibədə əldə olunan zəfərin gənclər tərəfindən mənimsənilməsi, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ölkənin orta və ali məktəblərində davamlı iş aparır, tədbirlər keçirir.
ADİM ölkədə həyata keçirilən dövlət əhəmiyyətli bütün tədbirlərin əsas hərəkətverici qüvvələrindən biri olmuş və olmaqdadır.Təşkilatın sədri Kamil Abdullayev deyir: “Hər zaman dövlətin yanında olmaq borcumuzdur”.

Təşkilat bu günlərdə  20 yaşını qeyd edir, ona dövlətçiliyimizin möhkəmlənməsi yolunda səmərəli fəaliyyətində uğurlar arzu edirik.

İbrahim Quliyev

                                                                

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi