Hərracdan kənar satılmış torpaqlarla bağlı şikayətlər arta bilər
Bir müddət əvvəl Baş prokurorluğa istinadən saytların yaydığı məlumatda qeyd olunurdu ki, "...mövcud qaydalara baxmayaraq,torpaq sahələri hərracdankənar satılır, yəni bələdiyyələr tərəfindən köhnə tarixə, 01.12.2007-ci ilə qədər olan dövrə dair qərarlar qəbul olunur və protokolların müvafiq vərəqələri dəyişdirilir".
Faktinfo.az saytı xəbər verir ki, yayılmış bu məlumatlardan sonra torpaq sahələrinin hərracdan kənar satılmasına, yəni 01.12.2007-ci ildən əvvəlki tarixə "rəsmiləşdirilməsinə" dair hüquqi məsuliyyət yaradan yol verilmiş qanun pozuntuları ilə bağlı dövlət orqanlarına şikayətlərin sayında artım gözləmək mümkündür.
Qeyd edək ki, bu qəbildən olan "əməllərə", 2007-ci ildən sonrakı tarixlərdə Ağstafa rayonunun bir sıra kəndlərində də yol verildiyi və zamanla dövlət orqanlarına çoxsaylı şikayətlər olunduğu vurğulanırdı.
Hazırda istisna edilmir ki,bir dövr hüququ pozulmuş şəxslər bu motivli şikayətlərini yenidən aidiyyatı dövlət orqanlarına ünvanlamasınlar.
Bu xəbər üçün şərh yazın