Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib - FOTO
Noyabrın 22-də Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib və onların müraciətlərini dinləyib.
Vətəndaşlar fərdi qaydada qəbul edilib, müraciət və təklifləri dinlənilib, problemləri ilə maraqlanılıb.
Faktinfo.az xəbər verir ki,qəbulda səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı olub.
Görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib.Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın