
Hindistan rus nefti ilə bağlı ciddi yoxlamalara başladı
Hindistanın dövlət neft emalı zavodları Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərindən birbaşa tədarüklərin olmadığından əmin olmaq üçün neft ticarəti sənədlərini yoxlayır.
Bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yoxlamalar ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları fonunda başlayıb.
“Hindistanın neft emalı zavodları hər iki şirkət ABŞ sanksiyalarına məruz qaldıqdan sonra “Rosneft” və “Lukoyl”dan birbaşa yanacaq tədarükü olmamasını təmin etmək üçün Rusiya ilə neft ticarəti sənədlərinə yenidən baxır”, - məlumatda qeyd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın