Hindistandan Azərbaycana ucuz mal əti idxalı - 3 DƏFƏ ARTIB – 1 KİLOQRAMI 4,4 MANATDIR

Hindistandan Azərbaycana ucuz mal əti idxalı - 3 DƏFƏ ARTIB – 1 KİLOQRAMI 4,4 MANATDIR 

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistandan ümumilikdə 4 milyon 421 min dollar dəyərində 1 705 ton mal əti alıb.

Fed.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Ət idxalı dəyər ifadəsi ilə 2 milyon 483 min dollar (2,3 dəfə), miqdar ifadəsi ilə 1 105 ton (2,8 dəfə) artıb. Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 1 milyon 908 min dollar dəyərində 600 ton ət alınmışdı.

Ümumilikdə 2023-cü ilin 11 ayı üzrə 1 ton mal ətinin orta idxal qiyməti 2 593 dollar, 2022-ci ilin müvafiq dövründə isə 3 231 dollar təşkil edib. 1 ton ətin idxal qiyməti son bir ildə 638  dollar və ya 9,8% azalıb.

Bu da o deməkdir ki, hesabat dövründə Hindistandan 1 kq ətin idxalı 4,41 manata, 2022-ci ilin eyni dövründə 5,49 manata (1,08 manat ucuzlaşma) başa gəlib. 

2021-ci ilin 11 ayı ərzində isə Azərbaycan Hindistandan 1 milyon 420 min dollar dəyərində 490 tən mal əti almışdı.

Həmin dövrdə 1 kq ətin orta idxal qiyməti 2,90 dollar (4,93 manat) təşkil etmişdi.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi