“Hökumət dəyişsə belə, “Qarabağ məsələsi” bağlanıb” - “Buna görə Paşinyana “borcluyuq”...”

“Hökumət dəyişsə belə, “Qarabağ məsələsi” bağlanıb” - “Buna görə Paşinyana “borcluyuq”...” 

Son günlər Qarabağdakı keçmiş qondarma qurumla bağlı müzakirələr bir qədər intensivləşib.

Bu da onun revanşist qüvvələr tərəfindən İrəvanda yenidən “dirçəldiləməsi” cəhdlərilə bağlıdır. Lakin Ermənistan hökuməti özünü buraxmış qondarma qurumun Ermənistanda “fəaliyyəti”nin qəti əleyhinədir.

AzPolitika.info erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants artıq hakimiyyətdə kimin olmasından asılı olmayaraq, “Qarabağ məsələsi”nin tarixə qovuşduğunu deyib: "Artsax” bir subyekt kimi, erməni qurumu kimi mövcudluğunu dayandırdı, çünki Azərbaycanın aqressiv gündəmi var idi və hələ də var. Çünki Nikol Paşinyan Praqada “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı razılığa gəlib və təəssüflər olsun ki, onun ləğvi ilə bağlı səssiz beynəlxalq konsensus formalaşıb. Şahramyanın 26 sentyabr fərmanından imtina edilməsi mənəvi nöqteyi-nəzərdən dəyərlidir... Lakin mən düşünmürəm ki, bizim “artsax” məsələsini yenidən açmaq üçün siyasi imkanımız var. Buna görə Paşinyana “borcluyuq”. Artıq hökumət dəyişsə belə, Paşinyanın axmaq anti-erməni siyasətinin nəticələri bizi geri dönüş olmayan nöqtəyə çatdırıb".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər