
Hörmüz boğazı türk gəmiləri üçün açıqdır - “Boğazda “ilişən” Türkiyə gəmisi yoxdur”
İrana qarşı hərbi əməliyyat başlayandan bəri Türkiyəyə məxsus ilk gəmi Hörmüz boğazından keçib.
Bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu açıqlama verib.
TRT Haber nazirin sözlərini sitat gətirib: "İcazə almış Türkiyəyə məxsus bir gəmi Hörmüz boğazından keçib və İran limanına gedir".
Uraloğlunun sözlərinə görə, sərnişin daşıyan altı kruiz gəmisi də daxil olmaqla, daha 14 Türkiyəyə məxsus gəmi boğazdan keçid gözləyir. Nazir qeyd edib ki, hazırda Hörmüz boğazında "ilişib qalmış" Türkiyə bayrağı altında üzən gəmi yoxdur./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın