Hüseyn Arifin qızı vəfat edib
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bu barədə "Qazax " Xeyriyyə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Yusifin məlumatında bildirilir.
Zöhrə xanım öz vəsiyyətinə uyğun olaraq bu gün saat 13:00-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunacaq. Mərhumun nəşi yaşadığı Nərimanov rayonu Ağa Nemətulla 70 ünvanındadır. "Qazax" Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, İctimai Birliyin üzvləri dəfn mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, Hüseynzadə Zöhrə Arif qızı 1951-ci 30 sentyabrında Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3N_li şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatının müavini seçilib. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.
Bu xəbər üçün şərh yazın