“İBB-nin FLORYADAKI RÜŞVƏT MƏRKƏZİ..." - İmamoğlunun "5 milyonluq kassa" skandalının detalları məlum oldu

“İBB-nin FLORYADAKI RÜŞVƏT MƏRKƏZİ..." - İmamoğlunun "5 milyonluq kassa" skandalının detalları məlum oldu + FOTOLAR

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və keçmiş İBB sədri Ekrem İmamoğluna qarşı başladılan rüşvət və terror istintaqının detalları ortaya çıxmağa başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, araşdırma zamanı məlum olub ki, İBB-nin Floryadakı iqamətgahı iş adamlarından alınan rüşvətin toplandığı bir mərkəzə çevrilib.

Ekrem İmamoğlunun məsləhətçisi və eyni zamanda “kassası” olduğu iddia edilən İBB İdman Klubu sədri, hazırda həbsdə olan Fatih Keleşin bu iqamətgahı ofis kimi istifadə etdiyi, iş adamlarından toplanan pulları 2 metr uzunluğu, 1 metr enindəki polad seyfdə saxladığı, hətta bu seyfin 3 ay əvvəl oradan qaçırıldığı məlum olub. Sözügedən ofisdə aparılan axtarışlar zamanı seyfdə 5 milyon lirə olduğu da aşkarlanıb.


İstintaqçılar Floryadakı qamətgahın əhatəsindəki təhlükəsizlik kameralarını incələyib. Əldə olunan görüntülərlə dekabr ayında ofisə giriş-çıxışlar və ətraf yollara baxılaraq seyfin haraya aparıldığı araşdırılıb.


Qeyd olunur ki, sözügedən iqamətgah keçmişdə Kadir Topbaş da daxil olmaqla bir çox bələdiyyə başqanı tərəfindən istifadə olunub. Ekrem İmamoğlu isə bu iqamətgahı Keleşə verib, özü üçün isə Rumelihisarında 1995-ci ildə Marmara Universitetinə təhsil məqsədilə ayrılmış ərazidəki tarixi binanı lojman kimi istifadə edib.

Xatırladaq ki, Fatih Keleş korrupsiya istintaqı çərçivəsində həbs edilib və daha əvvəl də pul sayma kimi görüntülərdə baş rollardan biri olmuşdu. Bu görüntülərdə dəstə-dəstə pulların stolun üzərinə toplanması müzakirələrə səbəb olmuşdu.

Keleş bu görüntülərlə əlaqədar ötən il başladılan istintaqda Siyasi Partiyalar Qanununun “qanunsuz ianə, kredit və ya borc alınması və verilməsi” maddəsi ilə 6 aydan 1 ilə qədər həbs cəzası ilə mühakimə olunur./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər