İBRAHİM CƏFƏROV:"Hansısa bir MMC-ni qalib etmək və yaxud MMC ilə işləmək səlahiyyətinə malik deyiləm"

İBRAHİM CƏFƏROV:"Hansısa bir MMC-ni qalib etmək və yaxud MMC ilə işləmək səlahiyyətinə malik deyiləm" 

Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi -Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov 5 MMC ilə işbirliyi qurmaqda ittiham olunmasına münasibət bildirib.

O, Faktinfo.az saytına açıqlamasında bildirib ki,istənilən təşkilatın,həmçinin elmi -tədqiqat  institutunun normal fəaliyyət göstərməsi üçün müəssisəyə müvafiq vəsaitin açılması və istiqamət üzrə xərclənməsi təbii haldır.

"Mən səhv etmirəmsə bir dəfə bu barədə açıqlama vermişəm.Hələ də bəzi saytlar tenderlə kotirovkanın fərqini bilmir.Buna da iradım yoxdu.Sadəcə qeyd edim ki,mənim tenderdə,nə də ki,kotirovka sorğusunda hansısa MMC-ni qalib etmək və yaxud onlarla işləmək səlahiyyətim yoxdur.Rəhbəri olduğum Elmi -Tədqiqat İnstitutu kotirovka sorğusu üçün elan verib,müsabiqəyə aşağı qiymətlə işləmək şərti ilə bir neçə MMC sənədlərini təqdim edib.

Biz də institut olaraq həmin sənədləri İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişik.Orada da hansı MMC-nin kotirovka sorğusuna uyğun qalib olduğunun nə mənə,nə də ki,Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi -Tədqiqat İnstitutuna aidiyyatı yoxdur. Eləcə də,hansısa bir MMC-ni qalib etmək və yaxud MMC ilə işləmək səlahiyyətinə malik deyiləm.Yəni,MMC İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qalib olunduğu təqdirdə kotirovkalara uyğun satınalmalar həyata keçirilir"- İbrahim Cəfərov qeyd edib. 

Qeyd edək ki,bir sıra saytlarda Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi -Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov 5 MMC ilə işbirliyi qurmaqda ittiham olunub,keçirilən kotirovka sorğularında ondan şübhələnməyə əsas olduğu yazılıb.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi