İcbari Tibbi Sğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri şikayətçini qəbul edib - FOTO
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeçiliyində olan səhiyyə müəissələrindən olunan şikayətlər durmadan artır.Yəni əvvəllər xəstə məmuniyyəti barədə düşünülürdüsə,son illər həkim narazılıqları və şikayətləri də kütləvi xarakter alıb.
Təssüflər olsun, belə hallar Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da yaşanır.
Artıq olunan şikayətləri neytirallaşdırmaq, qarşısını maksimum almaq məqsədilə bir sıra şikayətçi qəbulları təşkil olunur.Məsələn,dövlət orqanlarına şikayət edən,inistaqramda 13 dəqiqəlik çıxışı ilə diqqət çəkən Klinik Xəstəxanasından işindən kənarlaşdırılmış mamaginekoloq Bahar Novruzovanı,İcbari Tibbi Sğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun dinləyib.Hər halda inistaqramda paylaşılan xəbərə istinadla bunu söyləmək mümkündür.
Faktinfo.az bildirir ki,Respublika Klinik Xəstəxanasından kənarlaşdırılmış mamaginekoloq Bahar Novruzovanın işinə bərpa ediləcəyini yəqin etmək çətin olsa da,onun və digər şikayətçi həkimlərin,tibbi personalın qəbul edilməsi vəziyyətin ciddiliyindən xəbər verir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın