İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - FOTO
“Təsadüfən Lev Tolstoy küçəsindən işlə bağlı keçirəm - gözəl qapılar axtarıram.
Aman Allah, yolun yarısını bağlayan super bahalı “BMW” avtomobillərinin “təhdidedici qara gülüşlərini” görüb köhnə sovet adamına xas olan adəti üzrə qorxdum. Ürəyim döyünürdü. Azərbaycan Respublikası Prokurorluğunun və ya Daxili İşlər Nazirliyinin binası olduğunu düşündüm. Yox, yoldaşlar! Bura, sadəcə ... Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. Heyrətləndirdi! Bunlar da mütləq yüz minlərlə avroluq lüks maşın sürməlidirlər?! Eyni məbləğə onlarla sadə “Skoda” və ya “Opel” almaq olar!”
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış memar Elçin Əliyev bildirib.
“Yeri gəlmişkən, onların işi haqqında nəsə eşitmisiniz? Etiraf edin, özünüz sığortalanmısınız, yoxsa pulsuz tibbi xidmət alırsınız? Maraqlı oldu mənə, indi yolda dayanıb Agentliyin saytında “Missiyası” haqqında oxuyuram: “vaxtından və yerindən asılı olmayaraq sığorta olunanlara keyfiyyətli tibbi xidmətin olmasını təmin etmək”. Vay! Görünür, elə buna görədir ki, bu cür bahalı maşınlar təbabətimizin indiki biabırçı durumundan, rüsvayçılığından ürəkdən “narahat” olan məmurlara lazımdır!” - E.Əliyev qeyd edib.
Bu xəbər üçün şərh yazın