"İcra başçısı mənimlə şəxsi qərəzçilik aparır"

"İcra başçısı mənimlə şəxsi qərəzçilik aparır" -ŞƏHİD ANASI

Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına müraciət ünvanlanıb.

Media orqanları üzərindən ictimailəşdirilməsi istənilən və Faktinfo.az saytına da göndərilən müraciətdə deyilir.

Cənab prezident!


Bildirirəm ki,ikinci Vətən müharibəsi zamanı rayonu tərk edərək qaçan,Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun ya şəhid ailələrinə qarşı böyük nifrəti var,ya da ki,mənimlə şəxsi qərəzçilik aparır.Ola bilsin,onun bu qərəzçiliyinə səbəb tarixi abidələrin yerləşdiyi ərazini zəbt etməsinə,orada tikinti işləri aparmasına bir müddət əvvəl imkan verməməyimdir.Əks təqdirdə,Tovuz rayonunun Şəhidlər Xiyabanında bütün şəhidlərin şəkilləri olduğu kimi,mənim oğlumun şəkili də orada həkk olunardı.

Görünür,adam məndən belə heyif çıxmaq qərarına gəlib.Olsun,Allahın lütfü böyük və sonsuzdur.Bu işdə kimin günahı,qərəzi varsa çəkər cəzasını,buna adım qədər əminəm.Belə anlaşılır ki,abidələri "hərraca" çıxardaraq, ərazini ağır texnika ilə dağıtdıraraq həmin sahədə restoran tikməyinə maneə olmuşam,indi bunun heyfini məndən şəhidlər xiyabanına oğlumun şəklini vurdurmamaqla çıxır.Bu hansı dəyərə sığır,başa düşə bilmirəm.Mənim oğlum ən uca zirvəyə yüksəldiyi halda,Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun oğlu hələ də bahalı iti ilə oynayır,gün keçirir.

Tovuz RİH-nin işçisi Fuad Rzayevə gəlincə,deməliyəm ki, bu şəxs də "bizim şəhidlə oynamağa vaxtımız yoxdur",-deyir.Bu adama vaxt ayrıb haqqında  danışmağı lüzumsuz və yersiz  bilirəm.Bircə cümlə deməliyəm ki,təəssüf ki,belə şəxslər iş başındadır.

Hörmətli cənab prezident!

Tovuz RİH-nin başçısı Məmməd Məmmədov,deyəsən,artıq bizim rahat nəfəs almağımıza imkan verməmək fikirinə düşüb.Hər halda yaralı yerimiz olan şəhid oğluma belə münasibət bəslənilməsi,onun mənə və ailəmə qarşı başlatdığı qərəzin ən ağır formasının ilkin təzahürüdür.

Ona görə də sizdən xahiş edirəm bu məsələni nəzarətinizdə saxlayın.

Hörmətlə;Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

Məsələyə münasibət öyrənmək üçün Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq istədik.Çoxsaylı zənglərimizə cavab verilmədi.Qarşı tərəf mövqeyini bildirə bilər.

Faktinfo.az


 

                                                                    



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi