İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı

İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı – FOTO

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində hər gün yük maşınlarında çınqıl daşınır.

Sakinlərin sözlərinə görə, gündə azı 200 yük maşını Qızıldaş qəsəbəsindən yola düşərək Şamaxı istiqamətinə yollanır.

 

Sakinlər iddia edirlər ki, Qaradağ rayon icra başçısı Süleyman Mikayılova aid şirkətin yük maşınları qəsəbənin daş-çınqılını hər gün istismar edərək satırlar. Belə ki, Şamaxı istiqamətində çəkilən yol üçün istifadəyə ehtiyac var deyə Qızıldaşın daş-çınqılı həmin əraziyə daşınır.


Ümumiyyətlə, daş-çınqıl yataqlarının istismarı qanunsuzluq faktıdır. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məsələni nəzarətə götürə bilər. Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir.

Mənbə:Tribunainfo.az


İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadıİcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi