İcra başçısının oğlu bahalı avtomobilinə 20 minlik nömrə aldı - FOTO
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
Bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, o, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Sözügedən "zerkalnı" nömrənin təxminən 20 min manat dəyəri var.
Xatırladaq ki, Elşən Babaşzadə Dövlət Vergi orqanında müfəttişdir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın