İlham Qəhrəmandan AYB-nin iki tələbinə CAVAB

İlham Qəhrəmandan AYB-nin iki tələbinə CAVAB 

"Mən heç kimdən üzr istəməyəcəm, bunu belə də bilsinlər".

Faktinfo.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyinin onu məhkəməyə verib, üzr tələb etməsi haqda danışarkən deyib.

O, qarşılıqlı şikayət edəcəyini bildirib:

“Heç bir üzr istəmə olmayacaq! Onlardan üzr istəməkdənsə, həbsə getmək daha yaxşıdır. Mən heç kimə şər-böhtan atmamışam. Bunu hər kəs də yaxşı bilir. Özüm də prokurorluğa müraciət edəcəm ki, faktlar yoxlanılsın, həqiqətlər üzə çıxsın. Görək, harada şər var?!”

Qeyd edək ki, bir müddət öncə İlham Qəhrəman AYB və sözügedən qurumun sədri Anara qarşı ağır ittihamlar dolu bir yazı yazmışdı. Bundan sonra Yazıçılar Birliyi şairi məhkəməyə verib, 5 min manat təzminat və üzr istəməyi tələb edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi