
İmamoğlu 15 gün öncə Ərdoğana nələr demişdi? – Video
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi onun 8 martda İzmirdəki çıxışını gündəmə gətirib.
CHP-nin prezidentliyə namizədini müəyyənləşdirmək üçün təyin etdiyi 23 mart partiyadaxili ilkin seçkilərindən öncə Əkrəm İmamoğlu artıq təbliğata başlamışdı və İzmirdə böyük görüş keçirmişdi.
İzmirdəki görüşdə CHP-çilər önündə çıxış edən Əkrəm İmamoğlu Türkiyə Prezidenti Ərdoğana rəsmən meydan oxumuşdu.
Bu meydanoxumadan 11 gün sonra – 19 martda Ə.İmamoğlu həbs edildi. Ona qarşı korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamı irəli sürülüb.
Sözügedən çıxışdan məşhur parçanı təqdim edirik:
Video t.me/axarazchat/233042
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın