
İMAMOĞLUNUN SAXLANILMA SƏBƏBİ MƏLUM OLDU - Yenilənib -Video
İstanbul Cumhuriyət Başsavcılığı tərəfindən verilən son açıqlamada İstanbul Büyükşehir Belediyesinin (İBB) başkanı Əkrəm İmamoğlu və 6 nəfərlə bağlı "PKK'ya yardım" ittihamı da irəli sürüldüyü və saxlanılması qərarı verildiyi bəyan edildi. Açıqlamada bildirilir ki, İmamoğlu İBB və ona bağllı qurumlarda PKK terror təçkilatının üzvlərini və onunla əlaqsi olan şəxsləri işə alıb.
İstanbul Cumhuriyət Başsavcılığı, İBB başkanı Əkrəm İmamoğlu, İBB Ümumi Sekreter yardımcısı Mahir Polat, Şişli Bələdiyyəsi başkanı Resul Ekrem Şahan və İslahat İnstitutunun sədri Mehmet Əli Çalışkanın saxlanılmasına bağlı olaraq bildirilib: "İmamoğlunun digər şübhəlilərlə birlikdə yerli seçkilərdə bələdiyyə məclisi üzvlərinin siyahılarını onun təsdiqi ilə müəyyən etdiyini nəzərə alsaq, terror təşkilatı rəhbərliyinin böyük şəhərləriə təsirini artırmaq üçün həyata keçirdiyi "şəhər uzlaşması" fəaliyyətinə bilərəkdən qatılaraq PKK/KCK terror təşkilatına köməklik cinayətini törətmişlər...”
İstanbul Cumhuriyət Başsavcılığı tərəfindən verilən açıqlamada aşağıdakı ifadələr də yer alıb: “İstanbul Cumhuriyət Başsavcılığı Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində müəyyən edilib ki, 2024-cü ilin mart ayında keçirilən yerli seçkilərdə PKK/KCK terror təşkilatının böyük şəhərlərdə, xüsusilə İstanbulda fəaliyyətini artırmaq məqsədilə həyata keçirdiyi "şəhər uzlaşması" fəaliyyəti ilə bağlı terror təşkilatının idarəçilərindən Cəmil Bayık, Hüseyn Avareş və Mustafa Karasu seçkidən əvvəl media nümayəndələrinə öz fikirlərini və təlimatlarını bildiriblər. İstanbul Böyükşəhər Bələdiyyəsinin başkanı Əkrəm İmamoğlunun "şəhər uzlaşması" əsasında terror təşkilatının təlimatlarını həyata keçirən Xalqların Demokratik Konqresi (HDK) ilə ittifaq qurduğuna dair təsbitlərin terror təşkilatına dəstək verən mətbuat tərəfindən açıqlandığı müəyyən edilib.
Bundan başqa, CHP-nin kvotasından seçilən bələdiyyə məclisi üzvləri və təyin olunan bələdiyyə sədrinin müavinləri araşdırılarkən onların bəzilərinin 2024-cü ilin mart seçkilərinə bir neçə gün qalmış terror təşkilatı ilə əlaqəsi olduğu və CHP üzvü kimi qeydiyyatdan keçdiyi üzə çıxıb.
İstintaqda CHP kvotasından seçilən bələdiyyə məclis üzvləri, Ataşehir və Kartal bələdiyyə sədr müavinləri və 8 İBB məclis üzvü olmaqla cəmi 10 nəfərin HDK məlumatlarına daxil edildiyi və terror təşkilatının üzvü olduğu müəyyən edilib. İmamoğlu və İBB baş katibinin müavini Mahir Polatın, Şişli Bələdiyyə Başçısı Rəsul Əkrəm Şahanın, İslahatlar İnstitutunun sədri Mehmet Əli Çalışkanın, PKK/KCK terror təşkilatının ideoloji sahə strukturunda fəaliyyət göstərdiyi təsbit edilən qaçaq şübhəli A.B., A.B.-yə məxsus "SPECTRUM HOUSE"-nin əməkdaşı H.A. və Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemirin “şəhər uzlaşması” fəaliyyətinə cəlb olunduğu da müəyyən edilib. İBB-yə bağlı olan İstanbul Planlama Agentliyi və BİMTAŞ-da terror təşkilatı üzvlərinin/rəğbətçilərinin toplandığı üzə çıxıb.
Əkrəm İmamoğlu digər şübhəlilərlə birlikdə terror təşkilatının böyük şəhərlərdə fəaliyyətini artırmaq məqsədi daşıyan “şəhər uzlaşması” fəaliyyətində bilə-bilə iştirak edərək “PKK/KCK terror təşkilatına kömək etmək” cinayətinə görə saxlanılıb".
***
İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb.
Azpolitika.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı böyük korrupsiya əməliyyatı başlayıb. Əməliyyat çərçivəsində Böyükşəhər Bələdiyyəsinin başkanı Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongun saxlanılıb.
Aralarında jurnalist və iş adamlarının da olduğu 100-ə yaxın adamın saxlanması ilə nəticələnən əməliyyatın İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı "Medya A.Ş"-də keçirilən tenderlər və PKK ilə CHP arasında "şəhər uzlaşması" ilə bağlı olduğu qeyd edilib.
Bir çox polis İmamoğlunun Sarıyerdəki iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri görüb. İmamoğlunun iqamətgahında axtarış aparıldığı öyrənilib.
İstanbul Baş Prokurorluğu ötən həftələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı "Medya AŞ"-in ünvanına çatdırılma üçün keçirdiyi tenderlərdə qanunsuzluqlar aşkarlandıqdan sonra hərəkətə keçib.
“Medya AŞ” şirkətinin Şişlidəki qərargahında prokurorluğun göstərişi ilə maliyyə cinayətlərinə qarşı mübarizə polisi tərəfindən axtarış aparılıb.
Tenderi alan 21 şirkətlə bağlı məlumat və sənədlər şirkətdən tələb edilib və onların kompüterləri müsadirə edilib.
Bu xəbər üçün şərh yazın