İmamverdi İsmayılovla bağlı iddialar və təxminlər özünü DOĞRULTMADI

İmamverdi İsmayılovla bağlı iddialar və təxminlər özünü DOĞRULTMADI 

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılov təbliğat-təşviqat mərhələsini uğurla başa vurdu.

Namizədin seçicilərlə görüşündə hər hansı bir insident, narazılıq yaşanmadı.

Halbuki, təbliğat-təşviqat işinin ilk günündən İmamverdi İsmayılovu seçicilərin qəbul etməyəcəyi, onun seçicilərlə görüşünün baş tutmayacağına dair iddialar var idi.

Göründüyü kimi, səsləndirilən və yazılanların tam əksi baş verdi. Eləcə də, İmamverdi İsmayılovun seçicilərlə görüşündə namizədə dair məmnunluğun ifadə olunması, bir çox seçicilərin qarşıdan gələn 1 Sentyabr növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədini dəstəkləyəcəklərinə dair qəti imkan tədbirində danışmaları,fərqli düşünməyə əsas yaratdı.

İnkar edilməzdir ki, hər şeyə rəğmən orta yaşlı nəslin nümayəndələri, Zəngilan rayonundan olan ziyalılar və ağsaqqallar görüşlərdə İmamverdi İsmayılova xüsusi yanaşdılar. Belə məxsusluq İmamverdi İsmayılov üçün heç VI çağırış növbədənkənar seçkilərdə yaşanmamışdı.

Məsələn, bir sıra tədbirlərdə odlu-alovlu çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklərini bildirməklə bərabər, İmamverdi İsmayılovu qucaqlayıb öpürdülər də.Bir çox yaşlı nəslin nümayəndələri "biz səninlə həmrəyik, səsimizi sizə verəcəyik İmamverdi" deyirdilər, səslənirdilər.Namizədlə görüşlər heç də sönük keçmirdi və həmin şəxslərin inzibati qaydada YAP-ın namizədinin görüşünə gətirilməsi təsiri də bağışlamırdı. İmamverdi İsmayılov şəninə söylənilən bu sözlərdən ruhlanmaqla kifayətlənmirdi,əl də çalırdı. Belə anlaşılırdı ki, vəziyyət saytlarda yazılan “şişirtmələrdən” böyük ölçüdə fərqlidir.


Həmin anlarda kənardan İmamverdi İsmayılovu müşahidə edəndə,adamda elə təəssürat yaranırdı ki, bir neçə çağırış Milli Məclisə deputat seçilmiş bu şəxs tələbəlik illərində qələmə aldığı “Təqaüd” hekayəsinin sevincini indi yaşayır.

Bütün bu baş verənlərə rəğmən, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsini dəyərləndirəndə güman etmək olar ki, dairəni Milli Məclisdə yenə də İmamverdi İsmayılov təmsil edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi