"İnci" şadlıq sarayında bir sıra araşdırmalar aparılıb
Ağstafa rayonunda zəhərlənən şəxslərin sayı 50 nəfərə yaxın olub. Hazırda "İnci" şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin əksəriyyəti evə buraxılıb.
Rayondan Faktinfo.az saytına verilən məlumatda qeyd edilir ki, "İnci" şadlıq sarayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri əlavə bir sıra araşdırmalar da aparıb.Məlumatda o da vurğulanır ki,14 Saylı Vergilər İdarəsi və DSMF-nin də şadlıq sarayında yoxlamalar aparacaqları ehtimalı var.
Qeyd edək ki,bir müddət əvvəl sayt olaraq sözügedən şadlıq sarayı ilə bağlı bəzi mətləblərə aydınlıq gətirmişdik. Məlum xəbər yazısını LİNK üzərindən keçid etməklə oxumaq olar.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın