İndi də Bayraq meydanının qarşısında kafe tikilir- Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından müraciət-

İndi də Bayraq meydanının qarşısında kafe tikilir- Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından müraciət- YENİLƏNİB

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından müraciət ünvanlanıb.

Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Cənab prezident!

Biz dəfələrlə bütün orqanlara şikayət etmişik.Göndərdiyimiz  şikayət ərizələri sanki dərin bir quyuya düşür.Bizim şikayətimiz Gəncə Dövlət Universitetinin rəhbərliyindəndir.Universitetin rəhbərliyi bütün vəzifələri pulla satır, imtahan sessiyasında obyektivlik adı ilə min hoqqadan çıxır,Gəncənin müxtəlif yerlərində, eləcə də ətraf rayonlarda obyektlər,villalar,restoranlar alır.Universitetin büdcəsini müxtəlif təmir və tenderlər adı altında talan edir.Universitetə,laboratoriyalara avadanlıq,cihaz,tədrisə lazım olan ləvazimat  alınmır, bütün avadanlıqlar rəhmətlik Vladimir İliç Lenindən qalıb.Bu barədə ölkə saytları göndərilmiş çoxsaylı məlumatları dərc edib.

Bununla da gözləri doymur.İndi də universitetin Bayraq meydanındakı korpusun qarşısında qeyri-qanuni kafe tikilir.

Ötən ilin sentyabr ayında biz kollektiv şəkildə buna etiraz etdik.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bunun qarşısını aldı, həmin kafe söküldü.İndi isə Qurban bayramı ilə əlaqədar iş günü olmayan ərəfədə bunlar fəaliyyətə başladı. Bütün gecəni də səhərə kimi işlədilər.Həmin ərazidə prorektorlar - Şahin XurşudovFəxrəddin Həsənov kafe tikintisinə rəhbərlik etdilər.Ardıcıl olaraq bir neçə gün iş günü olmadığından, universitet əməkdaşları bilməsin deyə, goreşənlər gecəni də işləyib "obyekti" tikib başa çatdırmaq əzmi ilə çalışırdılar.Onların kimin təlimatı ilə işləmələri hamıya məlum idi.Narahatçılığımız ondan ibarətdir ki,kafe həm universitetin görkəminə,digər tərəfdən də Bayraq meydanının ərazisinə yaraşmır. Kafenin orada tikilməsinin  mənfi tərəflərindən biri də odur ki,şəhərin müxtəlif avaraları tələbə qızlara görə bura yığışır.

Hörmətli zati-aliləri!

Kollektiv adından xahiş edirik ki, bu özbaşınalığın qarşısının alınması üçün aidiyyatı şəxslərə göstəriş verəsiniz.

Qeyd: Faktinfo.az saytı bütün hallarda Gəncə Dövlət Universiteti haqqında göndərilmiş məlumatları qarşı tərəfin mövqeyini öyrənmək üçün sözügedən universitetə ünvanlayıb.Təəssüf ki,universitetdən olunan çoxsaylı şikayətlərə indiyə kimi münasibət bildirilməyib.

***

Faktinfo.az saytında yayımlanmış "İndi də Bayraq meydanının qarşısında kafe tikilir- Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından müraciət" başlıqlı məqaləyə Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən münasibət bildirilib. 

"Universitetin  korpusunun qarşısındakı kafe tikilən ərazinin ali təhsil müəissəsinə heç bir aidiyyatı yoxdur,aparılmış tikintini isə Qəzənfər adlı şəxs həyata keçirib.Kafe tikilən sahənin Gəncə Dövlət Universitetinin ərazisi olmadığından Universitet rəhbərliyinin aparılmış tikintiyə müdaxilə etmək səlahiyyəti yoxdur.Yəni tikinti aparılan ərazi Qəzənfər adlı sahibkara aiddir.Lazım gələrsə bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən,şəhər bələdiyyəsindən dəqiqləşdirmə aparıla bilər."-məlumatda bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi