“İndi əsas məsələ mübahisə etməməkdir” – Saakaşvili ukraynalılara müraciət etdi
Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna xalqına müraciət edib.
AzPolitika.info xəbər verir ki, uzun müddət Ukraynada yaşamış və bu ölkənin vətəndaşı olan Saakaşvili indiki çətin günlərdə ukraynalılara dəstək ifadə edib.
“Ukraynalı dostlarımıza müraciət etmək istəyirəm. Mən burada mübarizə aparıram, bu barədə çox optimistəm. Depressiyaya düşməyin, çünki düşmənimiz də həqiqətən yorulub və onun gələcəyi, perspektivi yoxdur”, - eks-prezident “Facebook” hesabında yazıb.
Saakaşvili vurğulayıb ki, indi əsas məsələ mübahisə etməməkdir. “Əsas odur ki, bir yerdə olaq və sonra mütləq qalib gələcəyik. Sizin üçün çox darıxmışam, Ukrayna üçün çox darıxmışam. Tezliklə görüşəcəyik. Hər kəsə xoşbəxtlik və qələbə arzulamaq istəyirəm. Eşq olsun Ukraynaya! Eşq olsun Ukrayna xalqına! Düşmənlərimizə ölüm! Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!” – keçmiş Prezident yekunlaşdırıb.
Bu xəbər üçün şərh yazın