İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb 

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu barədə çıxış edərək cari ilin yanvar ayında Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Dosent R.Ələkbərov bir ilə yaxın müddətdə institutda Memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutda qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən danışıb. Alim elm, təhsil və innovasiyanın inteqrasiyası naminə ali məktəblərlə elmi müəssisələrin birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini, bu çərçivədə Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, o cümlədən  Bakı Biznes Universiteti ilə səmərəli əməkdaşlıq əlaqələrinin quruluduğunu qeyd edib.  

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti arasında bağlanmış Memoranduma əsasən hər iki qurumun üzərinə düşən vəzifələrin icrasına dair hesabatların hazırlandığını, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülən işlərin monitorinqinin həyata keçirildiyini söyləyib.

Faktinfo.az

İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər