İngilis haker Pentaqonun saytına etdiyi kiber hücumu təsdiq edib

İngilis haker Pentaqonun saytına etdiyi kiber hücumu təsdiq edib 

İngiltərə Birminhem Cəza Məhkəməsində irəli sürülən iddiada 25 yaşlı ingilis hakeri Sean Caffrey 2014-cü ilin iyun ayında həyata keçirdiyi kiber hücumu qəbul edərək kompüterdən sui istifadə Aktı çərçivəsində günahkar bilinib.

Faktinfo.az xəbər verir ki, Məhkəmədə Caffrey ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) peyk sistemlərinin 800-dən çox istifadəçisinin təxminən 30 min peyk telefonuna daxil olaraq bu şəxslərin məlumatlarını oğurladığını qəbul edib. NCA İstintaq direktoru Janey Young Caffreyin cinayət törətdiyi haqda çox dəqiq və inandırıcı dəlillər olduğunu ifadə edərək "Kimsə kiber cinayətin qurbanları olmadığını ya da kiber cinayətlərdən qaça biləcəyini düşünməsin." deyib. Caffreyə verilən cəzanın avqustda açıqlanması gözlənilir.

Xatırladaq ki, Caffrey törətdiyi cinayət əməlindən 9 ay sonra İngiltərə Milli Cinayət Agentliyi (NCA) tərəfindən tutulmuşdu. NCA ekspertizası oğurlanmış məlumatları Caffreyin sabit disklərində aşkar etmişdi. Pentaqonun verdiyi məlumatda kompüter hücumu nəticəsində yaranan ziyanı aradan qaldırmaq üçün 500 min sterlinq xərcləndiyi deyilir.

Şirvan Balabəyli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər