"İnsanlara qan udduranlar Allahın qəzəbinə düçar olacaqlar" -Qüdrət Həsənquliyev
"Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparırlar, həm də tikintiyə başlayırlar".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, heç bir dövlət orqanları onları dayandırmaq gücündə deyil: "Hətta bununla bağlı məhkəmə qərarı olsa da, həmin qərarlar icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, heç kim məhkəmənin qərarı olmadan mülkiyyət məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bizdə arxayın tikinti şirkətləri var. Onlar bilirlər ki, heç kim hüququ məsuliyyətə cəlb olunmayacaqlar. Onlar özləri qiymət müəyyən edirlər. Pul bu şirkət rəhbərlərinin gözünü elə tutub ki, onlar bir çox dəyərləri itiriblər. Allahdan da qorxmurlar. Başa düşmürlər ki, insanlara qan udduranlar Allahın qəzəbinə düçar olacaqlar. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi mebellə birlikdə söküblər. Heç bir kompensasiya ödəməyiblər. Ombudsamana sual vermək istəyirəm, amma bilirəm ki, bu, onun gücü çatan məsələ deyil. Siz qeyd etmisiz ki, insanları incidirlər. Siz bu problemlərini həllini necə görürsüz?", - deyə deputat bildirib.
Ombudsman Səbinə Əliyeva bildirib ki, ölkə vətəndaşlarının mülkiyyət hüququ ən ali səviyyədə təmin olunmalıdır: "Bu, əsas hüququlardan biridir. Bununla bağlı hüquq-müdafiə mexanizmləri mövcuddur. Problem bu sahəyə nəzarəti həyata keçirən səlahiyyətli qurumların daha ciddi nəzarət həyata keçirmələrindədir. Hesab edirik ki, gələcəkdə dövlət qurumları bu məsələyə həssas yanaşacaqlar".
Bu xəbər üçün şərh yazın