İqbal Ağazadə namizədliyini əvvəlki seçki dairəsindən verəcək
"Ümid Partiyasının sədri İqbal Ağazadə qarşıdan gələn parlament seçkilərində 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd olacaq".
Faktinfo.az xəbər verir ki,bunu Azpolitika.info-ya açıqlamasında partiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Abbasov bildirib. O, xatırladıb ki, İ.Ağazadə dairəsini dəyişmir, sadəcə dislokasiya dəyişdiyinə görə 36 saylı dairədən namizəd olur. “Bu, elə əvvəlki 35 saylı Seçki Dairəsidir”, -E.Abbasov əlavə edib.
Partiya sözçüsü qeyd edib ki, hələlik Ümid Partiyası seçkidə 49 namizədini müəyyənləşdirib: “İş gedir, ümumilikdə parlament seçkilərində 70-dən artıq namizədlə iştirak etməyi planlaşdırırıq”.
Qeyd edək ki, Ümid Partiyası E.Abbasovun namizədliyini 19 saylı Nərimanov birinci Seçki Dairəsindən irəli sürəcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın