İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü- Pirasora və Mistan kəndlərində...
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində rayonun Pirasora və Mistan inzibati ərazi vahidlərində yaşayan seçicilərlə görüşü keçirilib.
Faktinfo.az bildirir ki, tədbiri giriş sözü ilə partiyanın Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev açıb.O,deputatlığa namizəd İ.Məmmədov barədə geniş məlumat verib.
Qeyd olunub ki, YAP-ın bu seçkilərdə də irəli sürdüyü 123 namizədin hamısı Milli Məclisdə seçicilərimizi təmsil etməyə layiq olan partiya üzvləridir. Əminik ki, 09 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər.
İqbal Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş şəxslərə böyük etimad göstərdiyini bildirib və qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq. Lerik rayonu Respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən namizəd abadlıq və quruculuq işlərinin davam edəcəyini və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.
İ.Məmmədov qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.
Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildirdilr ki, 09 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İqbal Məmmədova səs verəcəklər.
Bu xəbər üçün şərh yazın