İqbal Məmmədovla bacarmadılar-

İqbal Məmmədovla bacarmadılar- Çıxış yolunu MSK-ya "müraciətdə" gördülər

Gözlənilən idi, 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədlər alternativləri İqbal Məmmədova qarşı mübarizəni sivil qaydada apara bilməyəcəkdilər. Leriklilərin böyük əksəriyyətinin qəbul etdiyi deputatlığa namizəd İqbal Məmmədovun apardığı uğurlu təbliğat-təşviqat kampaniyası bir çox həqiqətləri ortaya qoymaqla bərabər,rəqiblərinin "planlarını" da alt-üst etdi.

Faktinfo.az xatırladır ki, hələ təbliğat və təşviqat kampaniyasına bir neçə gün qalmış bəzi saytlarda İqbal Məmmədova qarşı "mübarizə"başladılmışdı .Belə ki,“Lerikdə İqbal Məmmədovun əleyhinə imza toplanır”, “Lerikdə İqbal Məmmədovun namizədliyinə etiraz edilir”kimi başlıqlar altında yayımlanan xəbərlər əslində namizədə və onun namizədliyini irəli sürən YAP-a bir mesaj idi. Yəni, YAP İqbal Məmmədovun namizədliyi barədə təkrar qiymətləndirmə aparsın.Eyni zamanda, Lerikdə xalq ayaqda olsun, İqbal Məmmədov seçiciləri ilə görüşərkən ilk andan "nokaut"a salınsın.Bu vəziyyətin digər kəndlərdə də seçicilər tərəfindən tətbiqi nəzərdə tutulsun. 


Bəli, bunu gözləməmək mümkünsüz idi.Bəs İqbal Məmmədov nə etdi? Gözlətmədi,təbliğat-təşviqat start götürdüyü ilk gündən seçiciləri ilə görüşlərə başladı,bütün tədbirlərin insidentsiz və izdihamlı şəkildə keçirilməsinə müvəffəq oldu.Bunu görən alternativləri onun aşkar şəkildə önə çıxdığını anladılar.Belə olan təqdirdə "nə etməli" sualı ilə üz-üzə qaldılar. 

Ardınca  bəzi saytlara üz tutuldu, "konsept" xarakterli bu "həmlədən" xəbərsiz portallar qarayaxma yazıları yayımladılar- ”İqbal Məmmədovun tiribunadan çıxışı səs-küyə səbəb oldu”. Artıq bu o dövrə təsadüf edirdi ki,təbliğat-təşviqat kampaniyası ikinci fazaya daxil olmuşdu.Bu mərhələdə də uduzduqlarını görən rəqiblər unutdular ki,"Heykəli görünüşü,insanı əməlləri zinətləndirir". Eləcə də quru palçıq divara yapışmadığı kimi,şərə-şürün də ömrü çox olmur.


Bütün bunlardan sonra gözlənilən idi ki,İqbal Məmmədov hansısa bir "təxribat"la üzləşəcək.Amma bunun nədən ibarət olacağı qaranlıq qalırdı. 

İqbal Məmmədovla sivil mübarizə apara bilməyənlər çıxış yolunu MSK-ya "müraciətdə" gördülər.6 nəfər namizəd  şikayətçi qismində birləşdi. Özü də hansı əsasla? Guya İqbal Məmmədov Seçki Məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud surətdə pozub.Pozuntu da ondan ibarətdir ki,rəqibi olan namizədlərin təbliğat-təşviqat kampaniyasına icra hakimiyyəti müdaxilə edib,eyni zamanda İqbal Məmmədovun  təbliğat-təşviqat kampaniyasını rayon icra hakimiyyəti aparıb.Vəssalam-şüttamam.

Ancaq ortaya yenə də tutarlı faktlar qoyulmadı.Digər tərəfdən belə bir hal var idisə ,rayon icra hakimiyyətindən olunmalı şikayət niyə İqbal Məmmədovun ünvanına yazılmalı idi,niyə ondan MSK-ya şikayət olunmalı idi,sualının doğura biləcəyi rezonans fikirləşilmədi. Yenə düşündürücüdür, deyilmi?!


Göründüyü kimi, seçkiyə müdaxiləni İqbal Məmmədovun ayağına yazmağın hüquqi əsası yoxdu.Heç də zənn etmək olmaz ki,İqbal Məmmədovun rəqibləri bu vacib əmsalı  bilmir,onlar icra hakimiyyətindən şikayət etmək əvəzinə,rəqibi hədəfə alırlar.Bunu təsadüf də saymaq olmaz. Ali təhsilli,kifayət qədər həyat və seçki təcürbəsi olan  namizədlərin şikayət ünvanını səhv salmaları heçdə inandırıcı görünmür.Artıq seçicinin İqbal Məmmədova etirazını görmək istəyən,amma bunun baş vermədiyinə şahid olan rəqiblər- özləri "qiyam" qaldırıb, MSK-ya üz tutublar.Bunun da bir adı var. Biz seçilə bilmiriksə,qoy seçki prosesi pozulsun, İqbal Məmmədov da seçilməsin.Buna isə qanun nə dərəcədə yol verəcək,artıq bu zaman məsələsidir.

Faktinfo.az




İqbal Məmmədovla bacarmadılar-İqbal Məmmədovla bacarmadılar-İqbal Məmmədovla bacarmadılar-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər