İqtisad Universitetinin Dərbənd filialının məzunlarına diplomlar bu səbəbdən verilmir

İqtisad Universitetinin Dərbənd filialının məzunlarına diplomlar bu səbəbdən verilmir - VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları 2 ildir ki,diplomlarını ala bilmirlər.Artıq bu barədə ölkə saytlarında kifayət qədər xəbərlər yer alıb.

Ötən gün APA TV-nin qaynar xəttinə müraciət edən Elnur Babayev bildirib ki, özü ilə birlikdə 33 tələbə bu problemlə üzləşib.

O,qeyd edib ki,Universitetin 2023-cü il məzunları diplom ala bilmədiklərinə görə, heç yerdə iş tapa bilmirlər, çətinliklər yaşayan məzunlar çarəsiz vəziyyətdə qalıblar.

Faktinfo.az xəbər verir ki,məsələyə münasibət bildirən ADİU rəsmisi vurğulayıb ki,Elm və Təhsil nazirliyinə müraciət edilib,diplom blankları veriləcəyi təqdirdə məzunlara diplomlar təqdim olunacaq.Nazirlikdən isə APA TV-nin sorğusuna cavab olaraq bildirilib ki,qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim olunur.Qanunvericiliyin tələblərinə uyğun olmadıqda diplom blankları verilmir.


Buradan isə sual ortaya çıxır, 2023-2024-cü il,ADİU-nun Dərbənd filialından məzun olmuş tələbələrə diplomların verilməsi qanunvericiliyin tələblərinə uyğundurmu, Dərbənd filialına tələbə qəbulu qanuna müvafiq şəkildə aparılıbmı, həmin tələbələrə orada fənlər tədris olunubmu,tələbələr dərslərdə iştirak ediblərmi,Elm və Təhsil naziri Emin Əmrullayevi 33 tələbənin diplomunun verilməməsinə hansı səbəb vadar edib? 


Qeyd olunan suala cavabı isə əslində  Elm və Təhsil naziri Emin Əmrullayev 6.02.2025-ci il tarixində keçirilən brifinqdə "Xəzər TV"-nin əməkdaşı xanım Şəbnəm Qurbansoya əsaslandırıb.Bununla bağlı videonun 1:05:50 hissəsində (bir saat,beş dəqiqə,əlli saniyə) tanış olmaq olar.Məzunlara diplomların hansı səbəbdən verilmədiyi nazirin cavabında əksini tapıb. 

Daha ətraflı aşağıdakı videoda:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər