İqtisadçı Rövşən Ağayev:"Son 30 ildə pensiya alanların sayı ən aşağı həddə enib"

İqtisadçı Rövşən Ağayev:"Son 30 ildə pensiya alanların sayı ən aşağı həddə enib" 

“Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib

Ekspert qeyd edib ki, yaşa görə pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19%, 2000-2010-cu illərdə 16% artmışdısa, 2010-2018-ci ilərdə 9.3% azalıb:
“Əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8%, 2000-ci ildə 9.2%, 2010-cu ildə 9.5% olmuşdusa, 2018-ci ildə 7.9%-ə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidi”.
R.Ağayev xarici təcrübədən misal gətirərək bildirir ki,  hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20%-i dövlətdən yaşa görə pensiya alır:

“Göründüyü kimi bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcdə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6%-dir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir”.
Ekspert qeyd edir ki, bizim üçün əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir: “Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarının real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir”.

Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər