
İran İsrail zabitlərinin olduğu yeri vurdu: 10 ölü
İran İsrail Hərbi Hava Qüvvələri zabitlərinin görüşünün keçirildiyi əraziyə zərbə endirib.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində İsrail ordusunun 10 zabiti öldürülüb.
“Koordinatlar SEPAH-ın Qüds Qüvvələri tərəfindən ötürülüb. Hədəflərin əhəmiyyəti səbəbindən “Fəttah” hipersəs raketindən istifadə edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ orduları fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın dini lideri Əli Xamenei də daxil olmaqla, çoxlu sayda yüksək vəzifəli məmur ölüb./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın