İŞ ADAMI, ŞƏHİD QARDAŞINI DİZ ÇÖKDÜRÜB MİLLƏT VƏKİLİNDƏN ÜZR İSTƏDİB VİDEOYA ÇƏKDİ

İŞ ADAMI, ŞƏHİD QARDAŞINI DİZ ÇÖKDÜRÜB MİLLƏT VƏKİLİNDƏN ÜZR İSTƏDİB VİDEOYA ÇƏKDİ 

Bir neçə gün bundan öncə redaksiyamıza Abşeron rayonu, Hökməli kəndində qeydiyyatda olan, faktiki Xırdalan şəhəri, Nizami küçəsi, dalan-4, ev-2 ünvanda yaşayan İlqar Vəliyev adlı şəxs tərəfindən video-müraciət təqdim olunub.

 Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində qeyd edir ki, “məni və mənimlə birlikdə işləyən bir neçə nəfər şəxsi Bakı şəhəri, Yasamal rayonu H.Haqverdiyev küçəsində yerləşən və yeddi mərtəbəli binaya üzlük ağ-lay daşlarının vurulması işlərində işlədib sonradan aldadan Rəhimova Gülarə Əmirxan qızı “minbir oyun”a salıb.

Belə ki, adı çəkilən bu xanım bir müddət bundan öncə həmin binanın çöl üz hissəsinə ağ-lay daş üzlüklər vurulması məqsədilə mənimlə görüşüb söhbətləşdi və bu işi başa çatdırmaq üçün, lazım olan məbləği ona bildirməyimi xahiş etdi. Onun belə bir xahişini nəzərə alıb ümumi görüləcək işi hesabladım və Gülarə Rəhimovaya 117000 manat məbləğində vəsait lazım olacağını dedim. O halda o, “Siz bu işdə mənə köməklik edin, bir qardaş kimi gəlir güdmədən işi başa vurun, sonda mən sizə lazım olan hörmətimi edəcəyəm” dedi. Hətta, o, mənə “2018-ci ilin sentyabr ayında lazımi qədər pulum olacaq və bütün xərcləri ödəyəcəm” dedi. Onu da bildirim ki, ümumi razılaşma əsasında yeddi mərtəbəli binanın çöl üz hissəsinə üzlük ağ-lay daşlarının vurulması işlərinə başladıq və həm aşağıdakı işləri gördük, həm də qeyd olunan məbləğdə pul vəsaiti xərclədik.

1. 21 kamaz blok daşlar (hər kamaz-1500 manatdan)- ümumilikdə 31500 manat.

2. Lazım olan tikinti materialları, o cümlədən açep, sement, kley, setka, mismar, vedrə, araba, fıbra, şkurka, əlcək, işıqlandırma kabeli- 200 m, məftil, almaz disk- ümumilikdə 9233 manat.

3. Əl ilə oyma işlərinə və ovalların kəsilməsinə görə lazım olan məbləğ-3122 manat.

4. Fəhlələrə ödənilən vəsaitlər- 1850 manat

5. Ayaq altılarının iki ay müddətinə istifadə olunmasına görə ödənilən icarə pulu (1800 kvm x 0,75)- ümumilikdə 2700 manat.

6. Ayaq altılarının gətirilməsi, quraşdırılması və geri daşınmasının ümumi xərci 1000 manat.

7. 54 reys hazır ağ-lay daşlarının daşınmasının xərci-1770 manat.

8. Ağ-lay daşlarının vurulması (paqon.m 4 manat, 1 kvm-7 manat) üçün ustalara ödənilmiş ümumi məbləğ-28015 manat.

Yəni, bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, biz Gülarə Rəhimova ilə danışıb razılaşdıqdan sonra, həmin binanın çöl üz hissəsinə üzlük ağ-lay daşları vurmaq üçün üstüstə 79190 manat pul xərcləmişik. Adı çəkilən bu xanım müxtəlif vaxtlarda həmin məbləğin 45220 manatını mənə versə də, o, yerdə qalan 33 970 manatını bu gün də verməyib. Gülarə xanım dəfələrlə özünün bütün əməllərində düzgün və dəqiq qadın olduğunu bildirsə də, nədənsə o, son anda bizim əzab-əziyyətlərimizə qiymət vermədi və mənim etibarlı, sadəlöhv bir şəxs olmağımdan istifadə edərək məni aldatdı. Hətta, iş barəsində onunla söhbətlər edərkən, o, həmişə mənə özünün yüksək çinli vəzifə sahibləri ilə sıx bağlılığı olan şəxs olmasından danışırdı. Onu da bildirim ki, çox zaman Gülarə Rəhimova mənə özünün Milli Məclisin deputatı Hacı Salayevlə sıx bağlı olmasından da söz-söhbətlər edirdi. Hətta, o halın da şahidi olurdum ki, adı çəkilən deputat tez-tez onun yaşadığı mənzilə gedib gəlirdi. Bütün bunları görüb eşitdikcə, öz-özlüyümdə belə bir qənaətə gəlirdim ki, Gülarə Rəhimova olduqca bacarıqlı və işgüzar bir qadındır. Amma, bu gün onun bizə qarşı etdiyi haqsızlıqları gördükcə düşüncələrimdə yanıldığımı dərk edirəm. Artıq onun belə bir hərəkətlərindən sonra məcburam ki, gördüyümüz işlərin həm maya dəyərini, həm də əldə edəcəyimiz gəliri Gülarə Rəhimovadan almaq üçün, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına rəsmi müraciətlərimi ünvanlayım.

Biz də bir redaksiya olaraq, adı çəkilən şəxsin yazmış olduğu şikayət ərizəsini əsas tutub deputat Hacı Salayevlə əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini də xahiş etdik. Çünki, heç cür istəmirdik ki, qarşı tərəfin mövqeyi öyrənilmədən hansısa məqalə dərc olunsun. Məhz, ona görə ki, adı çəkilən şəxs həm yazmış olduğu ərizəsində, həm də redaksiya əməkdaşımıza vermiş olduğu video-müsahibəsində deputat Hacı Salayevin adını daha çox hallandırırdı. Elə ki, Hacı Salayevlə əlaqə saxladıq, o halda o, yanında qonağının olduğunu və problemin mahiyyətini VhatsAPP nömrəsinə yazıb göndərməyimizi xahiş etdi. Biz şikayətçilərin video-müsahibəsinin bir hissəsini ona göndərdikdən bir neçə saat sonra Gülarə xanım bizə zəng etdi və şikayətçilərin yalan danışdıqlarını, onu şantaj etdiklərini dedi və hətta bizə hədə-qorxu da gəldi. Az sonra o, “mən sizinlə görüşmək istəyirəm” dedikdə, biz ona bildirdik ki, “bu gün gecdir, yaxşı olar ki, səhər şikayətçilərlə birlikdə görüşək və məsələlərə birlikdə aydınlıq gətirək” dedik. Adı çəkilən xanım belə bir təklifimizlə razı olduğunu bildirsə də, o, səhəri gün fikirindən tamamilə yayındı. O halda məcbur olub Hacı Salayevin VhatsAPP nömrəsinə bir daha yazıb xahiş etdik ki, bu məsələlərdə sizin də adınız hallanır. Ona görə də istərdik ki, belə bir məsələlərə öz münasibətinizi bildirəsiniz. Bir neçə dəqiqədən sonra Hacı Salayev VhatsAPP nömrəmizə zəng edib bizi təhdid etdi və hər hansı yazı yazacağımız təqdirdə, bizi həbs etdirəcəyi ilə də hədələdi.

 Belə bir yazışmalardan, belə bir telefon danışıqlarından sonra, Gülarə Rəhimova zəng edib bizi hədələdi ki, siz böhtan danışırsınız, siz məni şantaj edirsiniz. Elə ki, zəng edib ondan xahiş etdik ki, bu məsələlərə son qoymaq üçün şikayətçilərlə görüşək və məsələlərə birlikdə aydınlıq gətirək. O halda o, “şikayətçilər görüşə gəlməyəcəklər, nahaqdan özünüzü yormayın. Əgər onları gətirə bilsəniz, deməli siz kişi adamsınız” dedi. Biz şikayətçilərlə əlaqə saxladıq, onlar görüşə gəlmək üçün hazır olduqlarını bildirdilər. Belə olan halda bir daha adı çəkilən xanımla telefon danışığımız oldu və şikayətçilərin görüşə gəlmələrinə hazır olduqlarını onun diqqətinə çatdırdıq. O halda o, bildirdi ki, “iş icraçısı Mehman adlı şəxsin bələdçiliyi ilə Hacı Salayevin Bayıl qəsəbəsindəki ofisində görüşək”. Biz şikayətçilərlə birlikdə Mehmanla görüşdük və həmin ofisə getməyə hazır olduğumuz bir vaxtda, Mehman bildirdi ki, “bu dəqiqə Gülarə Rəhimova mənə zəng etdi və bizi Yasamal rayon Polis İdarəsinə dəvət edir” dedikdə, biz həmin idarəyə nə səbəbdən gedəcəyimizi onun diqqətinə çatdırdıq. Bir neçə saatdan sonra Hacı Salayevlə əlaqə saxlayıb ona bildirdik ki, bəs deyirdiniz mənim Gülarə Rəhimova ilə heç bir tanışlığım yoxdur, necə olur ki, o, bizi şikayətçilərlə birlikdə sizin ofisə dəvət edir desək də, o, bu barədə məlumatının olmadığını bildirdi. Az müddətdən sonra Gülarə xanım bəzə zəng edib şikayətçilərin gəlmədiyini soruşduqda biz xanımın diqqətinə çatdırdıq ki, axı siz bizə dediniz ki, sizi Bayılda Hacı Salayevin ofisində gözləyirəm.O, cavabında bildirdi ki,dostlarım orada görüşməyimizi məsləhət bilmədi.

Səhəri gün şikayətçilər bildirdilər ki, bizi Yasamal rayon Polis İdarəsinə çağırıb izahatlarımı alıblar.Onlar qeyd etdilər ki, izahatlarında həqiqətən Gülara xanımın borclu olduğunu və borclarını istəyəndə xanım, onları ölümlə təhdid edir, hətta bildirir ki,elə etməyin ki, Qafar müəllimə deyim sizin başınıza «Bandotdeldə»oyun açdırım.

Bir neçə gündən sonra Zakir Rzazadə bildirdi ki,Mehman ona zəng edib deyib ki, Gülara xanım deyir gəlsin İlqarın ona borclu olduğu pulu verim. O, sevincək Mehmanla birlikdə Gülara xanımın Nardaran qəsəbəsində yerləşən villasına gedir və burada onun başına gələn müsibətlər barəsində redaksiyamıza danışır.

O, bildirirdi ki, şəhid qardaşı olmağına baxmayaraq Gülara xanım onu otağa salaraq üzərinə hücuma keçir və yaxşıca döyərək alçaldıcı formada bildirir ki,Hacı Salayevdən üzr istəməsə polis çağırıb evindən 50 000 manatlıq zinət əşyasının oğurladığı barədə polisə məlumat verib həbs etdirəcək.Çıxılmaz vəziyyətdə qalan şəhid qardaşı Gülarə xanımın dediklərinə əməl edir, Hacı Salayevdən üzr istəyir və xanım onun videosunu çəkir.

Biz də bir «Dəryaz» olaraq Gülarə xanımın bu biabırçı əməlləri barədə Hacı Salayevin VOTSAP nömrəsinə yazıb məlumatlandırdıqda » Əlinizdən gələni edin. Siz bu hərəkətinizə görə utanacaqsınız. Sizin nəsliniz və böyükləriniz utanacaq ki,sizin kimi yaxınları var. Sizə söz verirəm. Sizin kimi şərəfsiz və qeyrətsiz yazar görəndə bütün jurnalistlərə çağırış etmək istəyirəm» sözlərini yazmaqla kimin kim olduğunu və öz mədəniyyətini ortaya qoydu.

İndi isə siz deyin cənablar!

Şəhid ailəsinə qarşı edilən bu haqsızlıqdan sonra kim utanmalıdır?

Mövzuya qayıdacağıq.\\Deryaz.az/



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi