İşçiləri rektor getsin deyə, DUA ETDİ... - İLGİNC İDDİA

İşçiləri rektor getsin deyə, DUA ETDİ... - İLGİNC İDDİA 

"Bu gün Azərbaycan Dillər Universitetinin Xarici dillərin metodikası kafedrasının dosent diplomu olmayan, məcburi şəkildə yarım ştata keçirilmiş xeyli əməkdaşı birlikdə məscidə gedib Allaha dua edib".

 Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

İşçiləri rektor getsin deyə, DUA ETDİ...

Hadisənin dünən baş verdiyini iddia edən ADU-nun professoruna qeyd edək ki, sosial şəbəkədə xeyli sayda "amin" deyən də tapılıb. H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:

"Dualarında onlar Allahdan rektor Kamal Abdullayevi ya oyanlıq, ya bu yanlıq etməsini xahiş ediblər. Bildiriblər ki, o yanlıq olsa, kəsilmiş yarım ştata görə aldıqları əmək haqqı daha almanların cibinə getməz, bu yanlıq olsa, yeni rektor hər kəsi öz qanuni işinə qaytarar. Sonra onlar hamısı bir ağızdan qunut duası oxuyublar:
رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
Rabbanaa atinaa fi-d-dunya hasanah, fi-l-aaxirati hasanah wa qinaa ‘azaaba-n-naar ‘Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər nəsib et və bizi cəhənnəm əzabından qoru’.
Onlar Allahdan Onun kəlamına etdikləri əlavəyə görə bağışlanmalarını xahiş edərək, duanı bir dəfə də sonunu “Azərbaycan Dillər Universitetinin cəhənnəm əzabından qoru” kimi səsləndirərək oxuyublar:
وَقِنَا عَذَابَ النَّار جامعة أذربيجان للغات …
wa qinaa ‘azaaba-n-naari-l-Caami’ati Azarbaicaan li-lughat ‘Bizi Azərbaycan Dillər Universitetinin cəhənnəm əzabından qoru’.
Bizə də “Amin!” demək qalır..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər