
İşçiləri Rövşən Nəcəfdən soruşurlar ki...
"SOCAR sahə üzrə məsul şəxslər!
Neftçilər xahiş edir ki, “bayram pulunun” necə avansa çevrildiyini onlara izah edib məsələyə aydınlıq gətirəsiniz!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Neftçilər Günü münasibətilə işçilərə ödənilmiş 500 manat məbləğində pul ödənişi sentyabr ayının əmək haqqısı üzrə haqq-hesab vərəqəsində (jirovka) “növbədənkənar ödəniş” kimi göstərilib və bu məbləğ əmək haqqından tutulub .İndi bilmək istəyirik işçiyə ödənilmiş 500 manat məbləğində pul Neftçilər Günü münasibətilə verilmiş pul mükafatıdır, yoxsa növbədənkənar avans ödənişi?
Əgər bu məbləğ mükafatdırsa, onun haqq-hesab vərəqəsində “növbədən kənar ödəniş”kimi göstərilməsinin səbəbi nədir?
Əgər avansdırsa, bu halda xahiş edirik ,Neftçilər Günü münasibətilə işçiyə verilmiş 500 manatın hansı əsasla avans kimi rəsmiləşdirildiyini və həmin məbləğin əməkhaqqından tutulmasının səbəbini rəsmi şəkildə izah edəsiniz..."












Bu xəbər üçün şərh yazın