
İşçilərin hüquqlarını qorumalı olan AHİK-də əməkdaşlar müəyyən olunmuş saatdan artıq işlədilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparatının əməkdaşlarının müəyyən edilmiş iş saatlarından daha artıq işlədildikləri məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildən sədr seçilən Sahib Məmmədov kabinetini əksər hallarda saat 18:00-da və ya 19:00-da deyil, 21:00-da, hətta 23:00-da tərk edir.
S.Məmmədov Aparatı tərk etdikdən sonra təşkilatın əməkdaşları rəhbər heyət də daxil evə buraxılırlar. Bu da işçilər arasında narazılığa səbəb olub. Bildirilib ki, qanunvericiliyə uyğun olaraq iş saatları 18:00-da bitir.
Qeyd edək ki, bu kimi hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci (Normal əmək və istirahət rejiminə riayət edilməməsinə) maddəsinə əsasən, beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sorğu ünvanlanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın