İşdən çıxarılan icra başçısının əmlaklarının siyahısı yayıldı -

İşdən çıxarılan icra başçısının əmlaklarının siyahısı yayıldı - Meşə fondunun torpaqlarını satırmış...

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

İşdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:

Həmin siyahını təqdim edirik:

- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında hotel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 hotel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi.

Məlumata görə, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış. Bildirilir ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

Unikal.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər