İSRAİL İRANA CAVAB HÜCUMLARINA BAŞLAYIB - İran ərazisindəki obyektinə raket zərbəsi endirib

İSRAİL İRANA CAVAB HÜCUMLARINA BAŞLAYIB - İran ərazisindəki obyektinə raket zərbəsi endirib 

İsrail İrandakı obyektə raket zərbəsi endirib.

Report.az xəbər verir ki, bu barədə ABC telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Bununla belə, rəsmi Suriya və İraqdakı hədəflərin də hədəf olub-olmadığını təsdiqləməyib.

İranın mərkəzində yerləşən İsfahan əyalətində də partlayış baş verib.

Bu barədə "Fars" agentliyi xəbər yayıb.

Məlumata görə, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verə bilərdi.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Bundan əvvəl ABC telekanalı amerikalı rəsmiyə istinadən İsrailin İrandakı obyektə raket hücum təşkil etdiyini bildirmişdi. 

Qeyd edək ki, aprelin 13-də axşam İran İsrailə pilotsuz təyyarələr və raketlər ataraq, bunu “çoxsaylı cinayətlərə”, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə edilən hücuma cavab adlandırıb. Tehran konsulluğun hücuma məruz qaldığı sırf hərbi obyektlərə hücum etdiyini vurğulayıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi